Azərbaycanın Premyer Liqasında çıxış edən “İmişli” klubunun qapıçısı Andrey Sinenko karyerasında böyük sıçrayış etməyə hazırlaşır. Belaruslu qolkiperin “Qarabağ”ın maraq dairəsinə düşdüyü iddia olunur.
İdman.Biz “bel.football” nəşrinə istinadla xəbər verir ki, futbolçunun agenti Dmitri Xlebosolov bu məlumatı təsdiqləyib. O, Sinenkonun hazırda statistik göstəricilərinə görə Azərbaycanda ən yaxşı qapıçılardan biri olduğunu vurğulayıb.
Əgər Sinenko transfer olunarsa, "Qarabağ" rəhbərliyinə getmək niyyətində olduğunu bildirən Fabiyan Buntiçi əvəz edəcək.
“Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün “Qarabağ”ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış agentə icazə vermişəm. Mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcəyik”, - deyə Xlebosolov bildirib.
Qeyd edək ki, 28 yaşlı belaruslu qapıçının “İmişli” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Cari mövsümdə keçirdiyi 17 oyunda 10 dəfə qapısını toxunulmaz saxlayan Sinenkonun yay transfer pəncərəsində Ağdam təmsilçisinə keçidi istisna olunmur.
