“Qəbələ”nin konqolu futbolçusu Domi Massumo növbəti mövsüm də karyerasını Azərbaycanda davam etdirə bilər.
İdman.Biz-in Futbolinfo.az-a istinadən məlumatına görə, “qırmızı-qaralar” 23 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.
Bölgə təmsilçisi komandanın əsas futbolçularından biri ilə danışıqları yekunlaşdırmaq üzrədir. Tərəflər arasında şərtlər tam razılaşdırılacağı təqdirdə, Massumo qarşıdakı 2 mövsüm “Qəbələ”nin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Domi Massumo 2024-cü ilin yayından – “Qəbələ” birinci liqada çıxış edərkən klubun formasını geyinir.
Futbolçu cari mövsüm Premyer Liqada 32 matçda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə bombardirlər siyahısında yer alıb.
