Orxan Hüseynov: “Azərbaycanda minifutbol üzrə Birinci Liqanın yaradılması nəzərdən keçirilir”

19 Mart 2026 17:01
57
Orxan Hüseynov: “Azərbaycanda minifutbol üzrə Birinci Liqanın yaradılması nəzərdən keçirilir”

“Azərbaycan Minifutbol Federasiyası Birinci Liqanın yaradılmasını nəzərdən keçirir”.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun baş katibi Orxan Hüseynov AZƏRTAC-a bildirib.

O, çempionatda çıxış etmək istəyən komandaların sayının çox olduğunu bildirib:

“Bunu nəzərə alaraq I Liqanı təşkil etmək istəyirik. Çünki yeni komandaları əsas liqaya buraxsaq, onlar rəqabətədavamlı mübarizə apara bilməyəcəklər”.

Azərbaycanda minifutbol üzrə milli çempionat 2018-ci ildən keçirilir. Həmin yarışda 32 komanda mübarizə aparıb. Hazırda minifutbol üzrə Azərbaycan çempionatında 16 komanda çıxış edir.

İdman.Biz