Virts “Liverpul”un rekordunu yenilədi

19 Mart 2026 10:52
93
Virts “Liverpul”un rekordunu yenilədi

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts Çempionlar Liqasında klub rekordu müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu “Qalatasaray” üzərində 4:0 hesablı qələbədə məhsuldar ötürmə ilə yadda qalıb və komandasının 1/4 finala yüksəlməsinə kömək edib.

Eyni zamanda, Florian Virts “Enfild”də keçirilən qarşılaşmada səkkiz qol vəziyyəti yaradaraq 2003/2004 mövsümündən bəri “Liverpul” tarixinin rekorduna imza atıb.

Qeyd edək ki, ötən yay “Bayer”dən 125 milyon avroya transfer olunan Virts bu mövsüm Çempionlar Liqasında bir qol və üç assistlə fərqlənib.

İdman.Biz