Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Zirə” ilə üz-üzə

19 Mart 2026 09:23
95
Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Zirə” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turunun oyunu “Karvan-Yevlax” “Zirə” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək.

“Karvan-Yevlax” səkkiz xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 39 xala malik “Zirə” isə dördüncüdür.

Misli Premyer Liqası
Üçüncü Dövrə, 25-ci tur
19 mart
15:00. “Karvan-Yevlax” - Zirə”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.

İdman.Biz