Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turu çərçivəsində ikinci qarşılaşma “Bank Respublika Arena” stadionuda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sabah” “Sumqayıt”ı qəbul edəcək.
Oyun saat 19:15-də başlayacaq. “Sabah” 59 xalla turnir cədvəlinin lideridir. 32 xala malik “Sumqayıt” isə yeddincidir.
Misli Premyer Liqası
Üçüncü Dövrə, 25-ci tur
19 mart
19:15. “Sabah” - “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.
