Messi karyerasında 900-cü qolunu vurdu - VİDEO

19 Mart 2026 10:22
107
Messi karyerasında 900-cü qolunu vurdu - VİDEO

Argentina ulduz futbolçu Lionel Messi KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası) Çempionlar Liqasında növbəti tarixi rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, səkkizqat “Qızıl top” mükafatçısı KONKAKAF Çempionlar Liqasında “Neşvill”ə qarşı oyunda fərqlənərək peşəkar karyerasında 900-cü qolunu vurub. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, Messi karyerası ərzində 672 qolu “Barselona”, 32-ni PSJ, 81-ni “İnter Mayami”, 115-ni isə Argentina millisinin heyətində vurub.

Onun əsas rəqibi Kriştianu Ronaldu hazırda 965 qolla irəlidə olsa da, son həftələr zədə səbəbindən hesabını artıra bilmir.

İdman.Biz