“İmişli”nin yeni transferi niyə debüt etmir?

19 Mart 2026 11:22
103
“İmişli”nin yeni transferi niyə debüt etmir?

"İmişli"nin yeni transferi Faxardo Hernandesin Azərbaycan klubunda rəsmi debüt etməməsinin səbəbi müəyyənləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, klub cari mövsüm 19 yaşlı gənc yarımmüdafiəçini Peşəkar Futbol Liqasına sifariş etməmək qərarına gəlib.

"İmişli" kollektivlə məşqlərdə iştirak edən kolumbiyalıdan növbəti mövsüm yararlanmağı planlaşdırır.

Qeyd edək ki, Faxardo Hernandeslə fevralın 25-də 2,5+1 illik müqavilə imzalanıb.

İdman.Biz