“Bayern”də qapıçı qalmadı: Dünya nəhəngi Çempionlar Liqasında qanunları poza bilər

18 Mart 2026 13:36
56
“Bayern”də qapıçı qalmadı: Dünya nəhəngi Çempionlar Liqasında qanunları poza bilər

Almaniyanın “Bayern” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atalanta” ilə cavab oyunu öncəsi analoqu olmayan qapıçı qıtlığı ilə üzləşib. İlk matçda 6:1 hesablı darmadağınla böyük üstünlük qazanan Almaniya təmsilçisi rəqibdən çox, heyətindəki itkilərlə mübarizə aparır.

İdman.Biz xəbər verir ki, əsas komandanın hər üç qolkiperi - Manuel Noyer, Sven Ulrayx və Yonas Urbiqin zədəli olması, həmçinin gənclər komandasının üzvü Leon Klanatsın sıradan çıxması vəziyyəti kritik həddə çatdırıb. Baş məşqçi Vinsent Kompani bu vəziyyətdə 16 yaşlı Leonard Preskotun xidmətindən istifadə etməyi düşünür.

Lakin Preskotun meydana çıxması təkcə idman tərəfi ilə deyil, həm də Almaniyanın sərt əmək qanunları ilə bağlıdır. Belə ki, ölkə qanunvericiliyinə görə, 18 yaşına çatmayan şəxslərin saat 20:00-dan sonra çalışması qadağandır. Oyunun terli vaxtla 21:00-da başlaması gənc qapıçı üçün hüquqi maneə yaradır.

Klub rəhbərliyi hazırda Leonardın ailəsi, məktəbi və yerli hakimiyyət orqanları ilə danışıqlar apararaq xüsusi icazə almağa çalışır. Əgər bütün bürokratik maneələr aşılsa və 16 yaşlı qolkiper şans qazansa, o, turnir tarixində əsas heyətdə meydana çıxan ən gənc qapıçı kimi rekord vuracaq.

Hazırda klubun tibbi heyəti Yonas Urbiqin son vəziyyətini yoxlayır, lakin o hazır olmasa, Münhen təmsilçisi gənc qapıçıya güvənməli olacaq. Baş məşqçi Kompani gənc istedadın çox soyuqqanlı olduğunu və ona tam etibar etdiklərini bildirib.

İdman.Biz