Avstraliyanın sığınacaq təklifini rədd edən beş iranlı futbolçu geri qayıdır - FOTO

15 Mart 2026 18:33
86
Avstraliyanın sığınacaq təklifini rədd edən beş iranlı futbolçu geri qayıdır - FOTO

İran qadın futbolu üzrə milli komandasının kapitanı və bombardiri Zəhra Qənbəri Avstraliyada qalmaq və sığınacaq almaq təklifindən imtina edərək ölkəsinə qayıtmaq qərarı verib.

İdman.Biz xəbər verir ki, Asiya Kuboku yarışlarından sonra Avstraliyada qalan yeddi nəfərlik heyət üzvü arasında adı çəkilən Qənbəri, son anda fikrini dəyişərək ölkəsinə dönməyi üstün tutub. O, artıq Malayziyaya yola düşüb və oradan digər komanda yoldaşları ilə birlikdə İrana qayıdacaq.

Məlumata görə, son günlər Avstraliyada sığınacaq almaq üçün müraciət edən yeddi nəfərdən artıq beşi bu qərarından daşınıb:

- Mühəddisə Zülfi
- Muna Həmudi
- Zəhra Sərbali
- Zəhra Müşkəkar (texniki heyət üzvü)
- Zəhra Qənbəri

Xatırladaq ki, Asiya Kubokunda iştirak edən İran millisinin bəzi üzvlərinin turnirdən sonra Avstraliyada qalmaq istəməsi beynəlxalq mediada geniş rezonans doğurmuşdu. Lakin aparılan danışıqlar və idmançıların şəxsi qərarı ilə kapitan başda olmaqla əksər üzvlərin yenidən milli formanı geyinmək üçün ölkəyə döndüyü bildirilir.

İdman.Biz