Almaniyanın “Bavariya” futbol komandasında icarə əsasında çıxış edən Nikolas Cekson mövsümün sonunda İngiltərənin “Çelsi” futbol komandasına qayıdacaq.
İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı hücumçunu birdəfəlik transfer etməmək qərarına gəlib.
London klubu hücumçunun satışından 60 milyon avro (120 milyon AZN) gəlir əldə etməyi planlaşdırır.
Hazırda bazarda dəyəri 40 milyon avro (80 milyon AZN) olan Cekson cari mövsümdə “Bavariya” forması ilə çıxdığı 30 oyunda 10 qol vurub və dörd məhsuldar ötürmə edib. Onun “zadəganlar”la 2033-cü ilə qədər müqaviləsi var.
