“Barselona” “El Klassiko” üçün xüsusi forma hazırladı - FOTO

1 May 2026 14:51
112
“Barselona” “El Klassiko” üçün xüsusi forma hazırladı - FOTO

İspaniyanın “Barselona” futbol komandası “Real” ilə keçiriləcək oyun - “El Klassiko” üçün nəzərdə tutulan xüsusi formasını təqdim edib.

İdman.Biz xəbər verir ki, kataloniyalıların rəsmi geyimində məşhur müğənni Oliviya Rodriqonun loqosu əks olunacaq.

“Barselona”nın futbolçuları mayın 10-da baş tutacaq növbəti “El Klasiko”da meydana məhz bu forma ilə çıxacaqlar.

Qeyd edək ki, bu addım klubun sponsoru olan musiqi platforması ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır.

İdman.Biz