“Qarabağ”ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.
İdman.Biz xəbər verir ki, cinah müdafiəçiləri 24-cü turda “Qarabağ-2”nin “Zirə-2”yə qalib gəldiyi matçda fərqləniblər.
A.Hüseynov 49-cu dəqiqədə rəqib qapısına yol tapıb. E.Cəfərquliyev isə 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüş “Qarabağ-2”nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıblar.
