Türkiyənin “Fənərbağça” futbol komandası ilə yolları ayrılan Domeniko Tedesko İstanbuldan ayrılarkən “sarı-lacivərd”li tərəfdarların böyük sevgisi ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, istefaya göndərilən baş məşqçi bu gün səhər saatlarlarında Türkiyəni tərk edib. Onu yola salmaq üçün terminala axın edən azarkeşlər mütəxəssisə olan sevgilərini nümayiş etdiriblər.
Göstərilən bu diqqət qarşısında kövrələn Domeniko Tedeskonun göz yaşlarını saxlamaqda çətinlik çəkdiyi müşahidə olunub.
Hava limanında qısa açıqlama verən baş məşqçi onu dəstəkləyən tərəfdarları heç vaxt unutmayacağını və onlar üçün çox darıxacağını bildirib.
