Azarkeşlərinə görə “Qarabağ”ı cərimələdilər

1 May 2026 15:43
142
Azarkeşlərinə görə “Qarabağ”ı cərimələdilər

“Qarabağ” klubu 8000 manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” ilə matçda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

“Neftçi” isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Qeyd edək ki, “Qarabağ” sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

İdman.Biz
Məqalədə: