“Qarabağ” “Sabah”ı çempionluq münasibətilə təbrik etdi

1 May 2026 15:15
128
“Qarabağ” “Sabah”ı çempionluq münasibətilə təbrik etdi

“Qarabağ” Azərbaycan Premyer Liqasının çempionu adını qazanan “Sabah”ı təbrik edib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi açıqlamasında Masazır təmsilçisinin cari mövsümdə göstərdiyi nəticələr yüksək qiymətləndirilib:

“Klubumuz cari mövsümün yekunlarına əsasən əldə olunan nəticə münasibətilə Azərbaycan Premyer Liqasında qalib adını qazanan “Sabah” komandasını təbrik edir. “Sabah” kimi yeni komandaların formalaşması və ölkə çempionatında rəqabətli oyunların sayının artması Azərbaycan futbolunun ümumi inkişafına mühüm töhfə verir”.

“Qarabağ”ın prezidenti Tahir Gözel də “Sabah”ı təbrik edib:

“Sabah” Futbol Klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edirəm. Komandaya UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində uğurlu nəticələr arzulayıram”.

İdman.Biz
Məqalədə: