“Yuventus” futbol komandasının baş məşqçisi Luçano Spalletti İtaliya A Seriyasında aprel ayının ən yaxşı məşqçisi adına layiq görülüb. Təcrübəli mütəxəssis rəhbərlik etdiyi kollektivin göstərdiyi uğurlu nəticələrə görə bu mükafatla təltif olunub.
İdman.Biz xəbər verir ki, mütəxəssisin fəaliyyəti liqa rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, bir müddət əvvəl Spalletti həm də 300-cü qələbəsini qazanan məşqçi kimi İtaliya futbolunun tarixinə düşüb. Bu rəqəm onu “seçilmişlər” qrupuna daxil edib. O, yarış tarixində bu hədəfə çatan dördüncü məşqçidir və Covanni Trapattoni, Massimiliano Alleqri və Nereo Rokko kimi əfsanəvi adlardan sonra gəlir.
