Arif Əsədov: “Sabah” ölkəmizi Çempionlar Liqasında da uğurlu təmsil edəcək”

1 May 2026 16:59
153
Arif Əsədov: “Sabah” ölkəmizi Çempionlar Liqasında da uğurlu təmsil edəcək”

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. “Düşünürəm ki, “Sabah” ölkəmizi Çempionlar Liqasında da uğurlu təmsil edəcək”.

Bu sözləri UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.

Mütəxəssis Bakı təmsilçisinin 2017-ci ildə təsis edilməsinə baxmayaraq, qısa zamanda uğurlu nəticələrə imza atdığını bildirib.

“Məşqçilər də yeni mövsümə necə heyət quracaqlarını müəyyənləşdirəcəklər. “Qarabağ”a gəlincə, 2014-cü ildən bu vaxtadək klub cəmi bir dəfə çempionluğu əldən vermişdi. O da 2021-ci ildə “Neftçi” ilə oyunda. Bu da böyük uğurdur. Lakin itirilən qızıl medalları sonradan bərpa etmək yaxşı nəticədir. Ağdam klubu bu mövsüm böyük yük altında mübarizə apardı. Komanda xüsusilə Çempionlar Liqasında çox güc sərf etdi. Qurban Qurbanovun kollektivi liqaya ikinci plan kimi yanaşdı və baha başa gəldi”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

İdman.Biz