Türkiyə Superliqasının 26-cı turunda lider “Qalatasaray” öz meydanında “Başakşəhər”i 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, bu qələbə sayəsində “sarı-qırmızılılar” “Fənərbağça” ilə xal fərqini yeddiyə çatdıraraq zirvədəki mövqeyini daha da möhkəmləndirib.
Görüşdən sonra “Qalatasaray”ın ulduz futbolçusu Barış Alper Yılmazın evində anası ilə birlikdə horon rəqsi etdiyi görüntülər sosial mediada gündəm olub. Milli futbolçunun anası ilə səmimi anları azarkeşlərin böyük marağına səbəb olub.
