Valdas Dambrauskas: “Kubok qələbəsindən sonra çox emosional və fiziki güc itirdik”

17 May 2026 21:25
116
Valdas Dambrauskas: “Kubok qələbəsindən sonra çox emosional və fiziki güc itirdik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 32-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis kubokdakı qələbədən sonra komandanın həm emosional, həm də fiziki baxımdan yorulduğunu bildirib.

“Düşünürəm ki, kuboku qazandıqdan sonra çox emosional və fiziki güc sərf etdik. Bundan sonra oyuna köklənmək çətin idi. Buna baxmayaraq, bu matça görə komandama təşəkkür edirəm. Daha az oynayan futbolçulara şans verdik və onlar özlərini yaxşı tərəfdən göstərdilər”, - deyə Dambrauskas bildirib.

Baş məşqçi rəqibin hazırda çox yaxşı formada olduğunu da vurğulayıb:

“Bizə çox yaxşı formada olan komanda qarşı çıxırdı. Meydanda demək olar ki, bərabər səviyyəli komandalar var idi. Səhvə yol verdik və qol buraxdıq. Özümüz isə rəqibin səhvlərindən yararlana bilmədik. Bu gün çempionluğumuzu qeyd etmək istəyirik”.

İdman.Biz