“Sabah”a çempionluq kuboku təqdim olundu - VİDEO

17 May 2026 21:34
125
“Sabah”a çempionluq kuboku təqdim olundu

Futbol üzrə Misli Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, mükafatlandırma mərasimi “Neftçi” ilə keçirilən oyundan sonra baş tutub.

Qızıl medalları futbolçulara AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Daha sonra çempionluq kuboku “Sabah”ın kapitanlarına verilib.

Beləliklə, Masazır təmsilçisi klub tarixində növbəti çempionluğunu rəsmiləşdirərək mövsümü qızıl medallarla başa vurub.

İdman.Biz