Misli Premyer Liqasının 32-ci turunda keçirilən “Sabah” - “Neftçi” matçında insident yaşanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Coy-Lens Mikels topu ehtiyat oyunçular skamyasında əyləşən Emil Səfərova tərəf atıb.
“Neftçi” futbolçusunun reaksiyasından sonra meydanda gərginlik yaranıb və futbolçular arasında mübahisə başlayıb.
Baş hakim Kamal Umudlu insidentdən sonra hər iki oyunçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
