PSJ Joao Neveşi 2030-cu ilə qədər komandada saxladı

23 Fevral 2026 08:58
89
PSJ Joao Neveşi 2030-cu ilə qədər komandada saxladı

PSJ-nin yarımmüdafiəçisi Joao Neveş Paris klubu ilə yeni müqaviləyə imza atıb.

İdman.Biz “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, 21 yaşlı futbolçunun sözləşməsi daha bir il uzadılıb. Yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Mənbənin bildirdiyinə görə, yeni sazişin şərtlərinə əsasən, portuqaliyalı oyunçunun məvacibi əhəmiyyətli dərəcədə artırılıb.

Neveş PSJ-nin əsas heyət oyunçuları arasında ən az maaş alanlardan biri olsa da, son Çempionlar Liqası finalında və cari mövsümdəki möhtəşəm çıxışı ilə bu mükafatı qazanıb. Cari mövsümdə portuqaliyalı yarımmüdafiəçi bütün turnirlərdə 23 matça çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Neveş 2024-cü ilin yayında “Benfika”dan 65 milyon avroya transfer olunub və hazırda bazar dəyəri 130 milyon avroya (260 milyon AZN) çatıb.

İdman.Biz
Məqalədə: