Azərbaycan millisi beynəlxalq turnirindəki sonuncu matçında məğlub olub - YENİLƏNİB

23 Fevral 2026 15:41
389
Azərbaycan millisi beynəlxalq turnirindəki sonuncu matçında məğlub olub - YENİLƏNİB

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu matçına çıxıb.

İdman.Biz xəbər verir ki, , yığma beşinci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.

10:12

Bu gün 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, yığma beşinci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyun Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında, Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.

Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.

İdman.Biz