“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal 100-cü qələbəsini qazanıb. Bu əlamətdar hadisə İspaniya La Liqasının 25-ci turunda, Kataloniya klubunun “Levante”ni 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş verib.
İdman.Biz xəbər verir ki, oyuna start heyətində başlayan futbolçu komandasının üçüncü qolunda məhsuldar ötürmə ilə yadda qalıb. Gənc hücumçu matçın 88-ci dəqiqəsində əvəzlənib.
Lamin Yamal cari mövsümdə “Barselona”nın forması ilə bütün turnirlərdə ümumilikdə 33 matça çıxıb. O, bu oyunlarda 15 qol vurub və 12 qolun ötürməsini verib.
