Meksikada bir sıra futbol qarşılaşmaları təhlükəsizlik səbəbindən təxirə salınıb.
İdman.Biz xəbər verir ki, ölkədə vəziyyət nüfuzlu narkokartel liderinin öldürülməsindən sonra kəskinləşib.
İdman.Biz xarici KİV-lərə istinadən xəbər verir ki, güc strukturları “Yeni Nəsil Xalisko” kartelinin rəhbəri, “El Menço” ləqəbli lideri zərərsizləşdirib. Təxminən 19 min üzvü olduğu bildirilən qruplaşma isə qisas alacaqlarını və hətta mülki şəxsləri də hədəfə ala biləcəklərini bəyan edib.
Artan zorakılıq fonunda kütləvi tədbirlərin, o cümlədən futbol oyunlarının təhlükəsizlik məqsədilə dayandırılması qərara alınıb.
