“Torino” rəhbərliyi son məğlubiyyətdən sonra sərt qərar verdi

23 Fevral 2026 10:27
108
“Torino” rəhbərliyi son məğlubiyyətdən sonra sərt qərar verdi

Turin təmsilçisi “Torino”nun səfərdə “Cenoa”ya 0:3 hesabı ilə ağır məğlubiyyətində sonra rəhbərlik baş məşqçi ilə bağlı hərəkətə keçib.

İdman.Biz-in “Football-Italia”ya istinadən verdiyi məlumata görə, rəhbərlik komandanın baş məşqçisi Marko Baroni ilə yolları ayırmaq qərarına gəlib.

Turinlilər bu mütəxəssisin rəhbərliyi altında İtaliya çempionatında son səkkiz oyunun altısında məğlubiyyətlə üzləşiblər.

Hazırda 27 xala malik “Torino” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: