Mirça Luçeskunun səhhətinə dair yekun qərar verilib

23 Fevral 2026 09:57
109
Mirça Luçeskunun səhhətinə dair yekun qərar verilib

Rumıniya Futbol Federasiyası yığmanın baş məşqçisi Mirça Luçeskunun mart ayında keçiriləcək DÇ-2026-nın pley-off oyunlarında komandaya şəxsən rəhbərlik edəcəyini rəsmən təsdiqləyib.

İdman.Biz xəbər verir ki, bu qərar Brüsseldə yerləşən klinikada aparılan tibbi müayinələrdən sonra verilib.

Müayinələrin nəticəsi təcrübəli mütəxəssisin sağlamlıq durumunun məşqçi vəzifəsini tam şəkildə icra etməyə imkan verdiyini göstərib.

Rəhbərliklə məsləhətləşmələrdən sonra Luçesku qarşıdakı mühüm mərhələdə komanda ilə işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, mart ayında Rumıniya millisi pley-off mərhələsində Türkiyə ilə üz-üzə gələcək. Qələbə qazanacağı təqdirdə isə komanda Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.

İdman.Biz