Bu gün “Neftçi”nin əfsanəvi hücumçusunun doğum günüdür - FOTO

23 Fevral 2026 10:42
117
Bu gün “Neftçi”nin əfsanəvi hücumçusunun doğum günüdür

Bu gün ölkə futbolunun vizit kartı, əfsanəvi hücumçu Anatoli Banişevskinin doğum günüdür.

İdman.Biz xəbər verir ki, “Neftçi” Peşəkar Futbol klubu A.Banişevski ilə bağlı paylaşım edib.

Bildirilib ki, 1946-cı il fevralın 23-də Bakıda anadan olan A.Banişevski 1964-1978-ci illər ərzində “Neftçi”də 318 rəsmi oyun keçirib, 136 qola imza atıb.

O, 1964-cü ildə SSRİ çempionatının ən yaxşı debütantı seçilib, 1965, 1966 və 1967-ci illərdə isə “33 ən güclü futbolçu” sırasına düşüb. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc mükafatçısı olan “Banya” SSRİ yığma komandasının heyətində 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medallarını qazanıb. 1981-1982-ci illərdə komandamızın məşqçisi olub.

1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunan əfsanə 1997-ci il dekabrın 10-da dünyasını dəyişib və İkinci Fəxri xiyabanda dəfn olunub.

İdman.Biz