Azərbaycan Premyer Liqasının 21-ci turunun beş oyununda 5 qol vurulub.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz” “Zirə”ni evdə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı səfərdə 2, “Sabah” öz meydanında “Kəpəz”i 1 qolla məğlub edib.
“Neftçi” - “Qarabağ” qarşılaşması isə təxirə salınıb.
Baş tutan beş görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, mövsümün yeni antirekordudur.
Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun altı matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi.
Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün 12-ci turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən beş matçda 5 qol vurulub.
Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf edib. İkinci turun dörd oyununda 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.
