“Qarabağ”ın “Nyukasl”la qarşılaşması zamanı ehtiyat skamyasında əyləşən Ağdam təmsilçisinin futbolçusu Toral Bayramovun güldüyü anlar sosial şəbəkələrdə müzakirə mövzusu olub.
İdman.Biz xəbər verir ki, klubun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
O, bu hadisə barədə çox detallara girməyin lazım olmadığını bildirib.
“Qarabağ”ın futbolçusu Sami Mmae barədə də açıqlama verən baş məşqçi onun idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərildiyini deyib.
O, mərakeşli müdafiəçinin hazır olmadığını da söyləyib:
“Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır”.
Qeyd edək ki, “Nyukasl” - “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.
