“Neftçi”nin futbolçusu Andrey Ştoqrin komandasının son həftələrdəki çıxışı ilə bağlı danışıb.
Ukraynalı yarımmüdafiəçi son matçlarda qazanılan uğurlu nəticələrin komandada yaxşı ab-hava yaratdığını bildirib.
“Nəticələr hazırda müsbətdir və bu, yaxşı haldır. Komandamızın qarşısında yerinə yetirməyi planlaşdırdığımız konkret və aydın vəzifə var. Buna görə də hər oyunda işləməyə davam edir və maksimum səy göstəririk”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.
O, mövsümün sonunda hər şeyin mümkün olacağına inandığını söyləyib:
“Medalçılar sırasında olmağımız da mümkündür. Sadəcə, bunun üçün əlimizdən gələni etməliyik”.
Aktivində 20-ci turdan sonra 30 xal olan “Neftçi” turnir cədvəlinin yeddinci pillədə qərarlaşıb.
