Əfsanəvi niderlandlı qapıçı Edvin van der Sar Belçikalı qapıçı, hazırda “Mançester Yunayted”ə çıxış edən Senne Lamens barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Van der Sar Lamensin sadə və təmkinli olduğunu vurğulayıb:
“O, sadə və yerində bir insandır - belçikalılar və niderlandlılar bir çox baxımdan oxşardır. Lamens əla çıxış edir. Hələ yeddi-səkkiz ay keçib, amma artıq görünür ki, o, Premyer Liqanın sərt futboluna hazırdır. O, çıxışlarda inamla oynayır, cərimə meydançasında topu tutur, komandaya kömək edir və lazımsız nümayişkaranə qurtarışlar etmir” – deyə Van der Sar bildirib.
