“Bu nigeriyalıların “Qarabağ”a uyğun olub-olmayacağı hələ məlum deyil” - Aftandil Hacıyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

23 Fevral 2026 17:36
77
“Bu nigeriyalıların “Qarabağ”a uyğun olub-olmayacağı hələ məlum deyil” - Aftandil Hacıyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

“Qarabağ”ın U-19 heyətinə Nigeriyadan iki futbolçunun qoşulması gözlənilir.

Klubun Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin İdman.Biz-ə verdiyi açıqlamaya görə, onların komandaya cəlb olunması baxışın nəticəsindən asılıdır.

“Komandaya tövsiyə etdiyim hər iki futbolçu - Frensis Oniyema və Mikael Aderodu 2008-ci il təvəllüdlüdür. Baxışı uğurla keçəcəkləri halda, UEFA Gənclər Liqasında çıxış perspektivi ilə U-19 heyətinə daxil ediləcəklər. Gələcəkdə isə əsas komandaya yüksəlmək imkanları da var.

Hazırda onların tələblərimizə uyğun olub-olmayacağı dəqiq deyil. Əgər gözləntiləri doğruldarlarsa, bu, ən azı maliyyə baxımından klub üçün sərfəli olacaq. Çünki klub futbolçuların özlərindən başqa heç kimə ödəniş etməyəcək”, - deyə Aftandil Hacıyev bildirib.

İdman.Biz