“Zirə” aparıcı futbolçusunu komandada saxlamağı planlaşdırır

23 Fevral 2026 17:29
71
“Zirə” aparıcı futbolçusunu komandada saxlamağı planlaşdırır

“Zirə” artıq daha bir futbolçusu ilə danışıqlara başlayıb.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi aparıcı futbolçularını komandada saxlamağı planlaşdırır.

Bunun üçün “Zirə”nin Ruan Renato ilə də danışıqlar apardığı iddia edilir.

Klub onun müqavilə müddətini daha bir il artırmağı planlaşdırır.

32 yaşlı futbolçunun “Zirə” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, hazırkı komandasına 2023-cü ildə qoşulmuşdu. Buna qədər Renato “Yuventude”, “Austriya”(Vyana), “Fiqueyrense”, “Vitoriya”, “Botofaqo”, “Ponte Preta”, “Qəbələ” klublarında oynayıb.

İdman.Biz
Məqalədə: