AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

23 Fevral 2026 16:05
90
AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

AFFA baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Blekere UEFA-dan yeni təyinat alıb.

İdman.Biz xəbər verir ki, belçikalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində Almaniyada "Ştutqart" və Şotlandiyanın "Seltik" komandaları arasında keçiriləcək cavab matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, fevralın 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz