Azərbaycanın U-17 millisi Gürcüstana məğlub olub

6 Fevral 2026 15:22
96
Azərbaycanın U-17 millisi Gürcüstana məğlub olub

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:6 hesabı ilə uduzub.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

İdman.Biz