Musa Qurbanlı: “Sabah”ı üstələdik, amma nələrsə çatmadı”

4 Aprel 2026 10:41
184
Musa Qurbanlı: “Sabah”ı üstələdik, amma nələrsə çatmadı”

“Maraqlı oyun alındı”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.

Hücumçu “Sabah”la heç-heçə etdikəri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu (2:2) haqqında fikirlərini bölüşüb.

“Gərgin qarşılaşma oldu. Azarkeş sayında da rekord qeydə alındı. Bu isə bizim üçün çox xoşdur. Tərəfdarlarımıza təşəkkür edirəm. Həmin oyunların belə maraqlı, gərgin keçməsini istəyirik. Baxımlı matçlar çoxluq təşkil etsin”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qurbanlı görüşdə yaxşı oynadıqlarını diqqətə çatdırıb: “Qələbə qazanmaq üçün də yaxşı şansımız var idi. Amma nələrsə çatmadı. Rəqibu üstələyirdik. Sadəcə, ikinci qoldan sonra oyunumuzda eniş oldu. “Sabah” da güclü rəqibdir. Cavab matçına yaxşı hazırlaşacağıq”.

Forvard onları çətin qrafikin gözlədiyini sözlərinə əlavə edib:

“Sabah” və “Neftçi” ilə ardıcıl oyunlarımız olacaq. Maraqlı qarşılaşmaların çox olması inkişafımız üçün yaxşıdır. Həm çempionat, həm də kubok maraqlı keçər. “Sabah” yaxşı komandadır. Bunu sübut edirlər. Çempionluğa oynayırlar. Yaxşı heyətləri və baş məşqçisi var. Hazırda bu rəqibə qarşı qələbə qazana bilmirik. Buna tilsim deməzdim”.

İdman.Biz