Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə” ilə üz-üzə

3 Aprel 2026 09:25
182
Azərbaycan Kuboku: “Turan Tovuz”  “Zirə” ilə üz-üzə

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Zirə” ilə üz-üzə gələcək.

Görüşün start fiti saat 17:30-da səslənəcək.

Qeyd edək ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.

İdman.Biz
Məqalədə: