“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəcmə” ilə oyunda iki qol vurub.
İdman.Biz bildirir ki, sosial mediada onun 56-cı dəqiqədə penaltidən qol vurmazdan əvvəl ərəbcə “bismillah” dediyi barədə iddialar ortaya çıxıb.
Qeyd edək ki, bu, Ronaldu barədə ilk bu cür iddialar deyil. 2024-cü ildə Çexiya ilə Portuqaliya millisinin oyunundan sonra da bu cür iddialar yayılmışdı.
Futbolçunun bəzi tərəfdarları isə onun əslində portuqalca “Vais Marcar”, yəni, “mən vuracağam” dediyini bildirirlər.
