“Opta” superkompüteri “Mançester Siti” və “Liverpul” arasında keçiriləcək İngiltərə Kubokunun dörddəbir final matçı üçün proqnoz verib.
İdman.Biz bu barədə “Opta Analyst”ə istinadən məlumat verir.
Matç 4 aprel şənbə günü keçiriləcək. Komandalar İngiltərənin Mançester şəhərindəki “Etihad” stadionunda oynayacaqlar. Oyun Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.
Superkompüter məlumatlara əsasən oyunöncəsi 10.000 simulyasiyaya baxılıb. Simulyasiyaların 51,1%-də matçı əsas vaxtda “Mançester Siti”, 24,1%-də isə “Liverpul” qazanıb. Heç-heçədən sonra qalibi müəyyən etmək üçün penaltilər seriyasının olma ehtimalı 24,8%-dir.
İngiltərə Kubokunu ötən mövsüm “Kristal Palas” qazanıb.
