Bəhlul Mustafazadə barədə gizli qalan sirrin üstü açıldı - VİDEO

22 Yanvar 2026 15:27
182
Bəhlul Mustafazadə barədə gizli qalan sirrin üstü açıldı - VİDEO

Sosial media istifadəçisi olan Ceyla Petrova adlı xanım “Qarabağ”ın “Ayntraxt” üzərindəki qələbə qolunun müəllifi Bəhlul Mustafazadə barədə indiyə qədər gizli qalan bir sirrin üstünü açıb.

İdman.Biz xəbər verir ki, Ceyla xanım əlil arabasında olarkən Mustafazadə ona sağlamlığı ilə bağlı köməklik edib.

“Bəhlul Mustafazadə mənim ən ağır, ən çətin günlərimdə çox böyük dəstək göstərib, köməklik edib. Əlil arabasında olan vaxt səhhətimlə bağlı yardım göstərib. Baxmayaraq ki, ailəmizlə hər şeyi etmişdik. Yaşadığımız ölkədə olmadığımıza görə çox çətinliyə düşmüşdük. Sağ olsun ki, həmin vaxt bizə dəstək oldu. Onun vurduğu qolu və sevinc göz yaşını gördükdən sonra ürəkdən sevindim. Komandanı təbrik edirəm. Səhhətimlə bağlı böyük bir problemə yardım göstərib həll etdiyi üçün də təşəkkür edirəm”, - deyə Petrova müraciətində bildirib.

İdman.Biz