Fantastik qələbə: “Qarabağ” yenidən Azərbaycanı coşdurdu - YENİLƏNİB + VİDEO

21 Yanvar 2026 23:41
481
Fantastik qələbə: “Qarabağ” yenidən Azərbaycanı coşdurdu - YENİLƏNİB + VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində “Qarabağ” - “Ayntraxt” oyunu başa çatdı.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəldi.

Ağdam klubu 7 oyundan 10 xal toplayıb və turnir cədvəlində 18-cidir. Almaniya komandasının 4 xalı var.

23:40

“Qarabağ” “Ayntraxt”la oyunda daha bir qol vurub.

İdman.Biz xəbər verir ki, 90+4-cü dədiqədə Bəhlul Mustafazadə ağdamlıların üçüncü qoluna imza atıb - 2:2.

23:26

“Qarabağ” - “Ayntraxt” oyununda hesab yenə dəyişib.

İdman.Biz xəbər verir ki, 80-ci dədiqədə Kamilo Duran ağdamlıların ikinci qoluna imza atıb - 2:2.

23:24

“Qarabağ” - “Ayntraxt” oyununda hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 78-ci dədiqədə Fares Şaibi penaltidən qonaqları irəli çıxarıb - 1:2.

22:51

“Qarabağ” - “Ayntraxt” oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

22:36

“Qarabağ” - “Ayntraxt” oyununda birinci hissə qurtarıb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra hesab 1:1-dir.

22:00

“Qarabağ” - “Ayntraxt” oyununda hesab bərabərləşib.

İdman.Biz xəbər verir ki, 10-cu dəqiqədə Can Uzun bərabərlik qolunu vurub.

21:54

“Qarabağ” - “Ayntraxt” oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 4-cü dəqiqədə Kamilo Duran frankfurtluları məyus edib - 1:0.

21:49

UEFA Çempionlar Liqası əsas mərhələsinin yeddinci turu çərçivəsində “Qarabağ” - “Ayntraxt” oyununa start verilib.

İdman.Biz bildirir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutur.

20:49

“Qarabağ” UEFA Çempionlar Liqası əsas mərhələsinin yeddinci turu çərçivəsində Bakıda “Ayntraxt”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 21:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

Baş məşqçi: Qurban Qurbanov

“Ayntraxt”: 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun

Baş məşqçi: Dennis Şmitt

09:31

Bu gün “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Qeyd edək ki, “Qarabağ” hazırda yeddi xalla 25-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 33-cü sıradadır.

İdman.Biz