La Liqa: “Rasing” “Elçe”yə, “Alaves” “Vilyarreal”a qalib gəldi - YENİLƏNİB

29 Avqust 2026 01:50
865
La Liqa: “Rasing” “Elçe”yə, “Alaves” “Vilyarreal”a qalib gəldi

"Alaves" İspaniya La Liqasının 3-cü turunun matçında "Vilyarreal" üzərində minimal hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Yeganə qol 31-ci dəqiqədə vurulub. Anhel Peresin ötürməsindən sonra Lukas Boye fərqlənib.

Bundan sonra "Vilyarreal" hesabı bərabərləşdirməyə çalışsa da, ev sahibləri qapısını toxunulmaz saxlayaraq görüşü qələbə ilə başa vura biliblər.

"Alaves" 3 turdan sonra 7 xal toplayıb. 2 xalı olan "Vilyarreal" isə La Liqanın yeni mövsümündə hələ ki qələbəyə həsrətdir.

23:08

İspaniya La Liqasında üçüncü turun ilk qarşılaşması keçirilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyununda “Rasinq Santander” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Rasinq” ilk hissədə rəqib qapısına üç dəfə yol tapıb. Yassir Zabiri 15, 21 və 36-cı dəqiqədə fərqlənib.

“Elçe” 78-ci dəqiqədə Buba Sanqarenin qolu ilə fərqi azaldıb. Cəmi bir dəqiqə sonra Fernando Nino daha bir qol vuraraq hesabı 2:3-ə gətirib.

Lakin qalan dəqiqələrdə başqa qol olmayıb və “Rasinq Santander” 3:2 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra Santander klubu 3 oyundan 4 xal toplayaraq turnir cədvəlində 8-ci sıraya yerləşib. “Elçe” isə 1 xalla 18-ci pillədə qərarlaşıb.

İdman.Biz