“Milan” A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı - VİDEO

29 Avqust 2026 01:40
103
“Milan” A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

"Milan" İtaliya A Seriyasının ikinci turu çərçivəsində "Venesiya" ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, "rossoneri"nin meydanında baş tutan görüş 2:0 hesabı ilə başa çatıb.

İlk hissədə Ruben Amorimin komandası hesabı aça bilməyib. İlk qol 69-cu dəqiqədə vurulub: Aleksis Salemakers Qonsalu Ramuşa ötürmə edib, o da topu rəqib qapısından keçirib.

Yekun hesab əlavə olunmuş vaxtda müəyyənləşib. Reduan Halhal topu öz qapısına göndərərək ev sahiblərinin üstünlüyünü ikiyə çatdırıb.

"Milan" mövsümün startında ard-arda ikinci qələbəsini qazanaraq altı xal toplayıb. "Venesiya" isə əksinə, hər iki matçda məğlub olub və hələ ki xalsız qalır.

İdman.Biz