Rumıniya futbol çempionatında 7-ci turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Universitatya Kluj"a 3:2 hesabı ilə qalib gəlib.
Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 81-ci dəqiqədə Serciu Hankanı əvəzləyərək meydana daxil olub.
"Petrolul"un heyətində Bran Flores, Jerdea və N'Lundulu fərqləniblər. Meydan sahiblərindən isə Lukiç dubl edib.
Bu qələbə sayəsində "Petrolul" xallarının sayını 12-yə çatdırıb və Rumıniya çempionatının turnir cədvəlində ikinci pilləyə yüksəlib.
