İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşfordun “Arsenal”a keçidi gündəmə gəlib.
İdman.Biz “Independent”ə istinadən xəbər verir ki, London klubu transfer pəncərəsi bağlanana qədər 28 yaşlı hücumçunu icarəyə götürmək üçün “Mançester Yunayted”ə müraciət edə bilər.
Bu variantın Qabriel Martinellinin “Əl-Hilal”a gözlənilən keçidi ilə əlaqəli olduğu bildirilir. Reşfordun mümkün transferinin Xulian Alvaresin “Arsenal”a keçidi ilə bağlı danışıqlardan asılı olmadığı qeyd edilir.
Daha əvvəl Reşfordun Premyer Liqadakı rəqiblərindən birinə keçmək istəmədiyini və yalnız xarici klubların variantlarını nəzərdən keçirdiyi bildirilirdi. “Mançester Yunayted”in də futbolçunu üçüncü dəfə icarəyə göndərməkdə maraqlı olmadığı bildirilir.
Reşford son iki mövsümdə icarə əsasında “Aston Villa” və “Barselona”da çıxış edib.
