“Qalatasaray”ın futbolçusu Yunus Akgün Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Lill”lə səfər oyununda klub rekordunu yeniləyib.
İdman.Biz xəbər verir ki, Türkiyə millisinin üzvü qarşılaşmanın 65-ci saniyəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə çıxarıb.
Bu qol “Qalatasaray”ın Çempionlar Liqası tarixində ən erkən qol kimi qeydə alınıb.
Əvvəlki rekord Viktor Osimhenə məxsus olub. Nigeriyalı hücumçu 2025-ci il oktyabrın 22-də “Budo-Qlimt”lə görüşün üçüncü dəqiqəsində fərqlənmişdi.
Beləliklə, Yunus Akgün təxminən bir il sonra komanda yoldaşının rekordunu geridə qoyub.
Qeyd edək ki, “Qalatasaray” səfərdə “Lill”ə 4:2 hesabı ilə qalib gəlib.
