Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

22 Oktyabr 2026 00:31
83
Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında ən çox oyun keçirən futbolçuların siyahısında ilk üçlüyə yüksəlib.

İdman.Biz xəbər verir ki, almaniyalı qolkiper Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Arsenal”la qarşılaşmaya start heyətində çıxaraq turnirdə 163-cü oyununu keçirib.

Bununla da Noyer Lionel Messi və Tomas Müllerin göstəricisini təkrarlayaraq tarixi siyahıda üçüncü pilləyə şərik olub.

Çempionlar Liqasında ən çox oyun keçirmək rekordu 183 qarşılaşma ilə Kriştiano Ronaldoya məxsusdur. İkinci yerdə 177 oyunla İker Kasilyas qərarlaşıb.

Noyer eyni zamanda Çempionlar Liqasında ən çox meydana çıxan almaniyalı futbolçu kimi Tomas Müllerin rekordunu da təkrarlayıb.

İdman.Biz