“Levante” Bruqenin dublu ilə “Atletik”i məğlub etdi

22 Oktyabr 2026 00:14
82
“Levante” Bruqenin dublu ilə “Atletik”i məğlub etdi

İspaniya La Liqasının altıncı turundan təxirə salınmış oyunda “Levante” doğma meydanda “Atletik”ə 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, Valensiyadakı “Syudad de Valensiya” stadionunda keçirilən görüşdə meydan sahibləri ilk hissədə iki dəqiqə ərzində rəqib qapısından iki top keçiriblər.

Roher Bruqe 20-ci dəqiqədə hesabı açıb, 22-ci dəqiqədə isə dublunu rəsmiləşdirib.

Bilbao təmsilçisi 67-ci dəqiqədə Aleks Berenqerin qolu ilə fərqi minimuma endirib. Lakin 73-cü dəqiqədə Emerik Laportun birbaşa qırmızı vərəqə alması qonaqların vəziyyətini çətinləşdirib.

Matçın son nöqtəsini 90+8-ci dəqiqədə Kari Eyonq qoyub və “Levante”nin 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Bu nəticə ilə xalların sayını 10-a çatdıran “Levante” turnir cədvılində 11-ci pilləyə yüksəlib. Bilbao təmsilçisi isə doqquz xalla 13-cu pillədə qərarlaşıb.

İdman.Biz